...

Azərbaycanla YUNESKO arasında təhsil sahəsində əlaqələr müzakirə edildi (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2015 11:22 (UTC +04:00)
Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub.
Azərbaycanla YUNESKO arasında təhsil sahəsində əlaqələr müzakirə edildi (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Fransaya işgüzar səfəri çərçivəsində YUNESKO-nun Baş direktorunun müavini Qian Tanq ilə görüşüb.

Mikayıl Cabbarov Azərbaycan-YUNESKO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu vurğulayıb. Nazir ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində aparılan islahatlar haqqında məlumat verib.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Təhsil naziri M.Cabbarov YUNESKO-nun Baş direktorunun müavini Qian Tanqı ölkəmizə səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti