...

Lənkəranda evlərini su basan ailələr geri qayıdır

Cəmiyyət Materials 5 Noyabr 2015 13:46 (UTC +04:00)
Lənkəranda sel zamanı su basmaya məruz qalmış ailələr öz evlərinə qayıdırlar.
Lənkəranda evlərini su basan ailələr geri qayıdır

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elmir Murad/

Lənkəranda sel zamanı su basmaya məruz qalmış ailələr öz evlərinə qayıdırlar.

Bunu Trend-ə açıqlamasında Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev deyib. Onun sözlərinə görə, buna baxmayaraq daşqınlar zamanı dağılmış köhnə evlərin sakinləri hələ də başqa yerlərdə məskunlaşıb. Daşqınlar nəticəsində ümumilikdə rayon ərazisində 1500-dən çox evi su basdığını, 500-dən çox ailənin təxliyyə olunduğunu deyən Ə.Əliyev ziyanın miqyasını da açıqlayıb: "Köhnə evlərdə suyun təsirindən çatlar əmələ gəlib. Ümumilikdə daşqınlar 3 avtomobil və 7 piyada körpüsünü dağıdıb, 3 körpünü qəzalı vəziyyətə salıb. Dağ kəndlərinə gedən yollarda 10-dan çox ev sürüşməyə məruz qalıb".

Şöbə müdiri selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, bununla bağlı İcra Hakimiyyətində Komissiya yaradılıb: "Rayon Fövqəladə Hallar Komisiyası və İcra Hakimiyyəti birgə tədbirlər görmək barədə tədbirlər planlaşdırıb. Daşqınların zərərini minimuma endirmək üçün daxili imkanlar hesabına bütün texnikalar əraziyə səfərbər olunub. Ağır texnikalar dağ kəndlərinə göndərilərək ətraf aləmlə əlaqəsi kəsilən kəndlərin yollarını açıb. Ailələrə yaşamaq üçün təhlükəli olan evlərə qayıtmamaq tövsüyə olunub".

Qeyd edək ki, oktyabrın 30-da Lənkəran da daxil olmaqla cənub zonasının bir sıra rayonlarında leysan yağışları yağıb. Leysan təsərrüfat və evlərə ciddi ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti