...

AMEA-nın poliklinikasının yaradılması layihəsi Bakı Şəhər İcra Hakimiyyətində baxılır

Cəmiyyət Materials 6 Noyabr 2015 12:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) poliklinikasının yaradılması layihəsi hazırda Bakı Şəhər İcra Hakimiyyətində baxılır.
AMEA-nın poliklinikasının yaradılması layihəsi Bakı Şəhər İcra Hakimiyyətində baxılır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) poliklinikasının yaradılması layihəsi hazırda Bakı Şəhər İcra Hakimiyyətində baxılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Akademiya prezidenti qeyd edib ki, 2013-cü üldə AMEA-nın Şamaxı rəsədxanasının ərazisində 5 ulduz tipli kotteclər yaradılıb: "Alimlər orada yay ayları ərzində dincələ bilərlər. AMEA-nın xüsusi sanatoriyasının yaradılması fikri də da hələ layihə olaraq, qalmaqdadır".

Azərbaycan Prezidenti İlham Əliyevə bir sıra elm adamlarının mükafatlandırılması ilə bağlı verdiyi son sərəncama görə təşəkkür edən A.Əlizadə qeyd edib ki, AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bir çox işlər görülüb, akademiyanın fəaliyyətinin bir çox yeni istiqamətləri üzrə nəşrlər işıq üzü görüb, sənədli filmlər hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti