...

Bakıda "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2015 13:20 (UTC +04:00)
Bakıda 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib.
Bakıda "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib.

Trend-in məlumatına görə, Dövlət Bayrağı Meydanından başlayan yürüş Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edib. 16.5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatıb.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Elmir Bağırov jurnalistlərə deyib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasıdır.

Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar idmançıları və həvəskar idmançılar iştirak ediblər. İştirakçıların sayı 200 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti