...

ABŞ Ədliyyə Departamenti azərbaycanlı hakimlər üçün seminar keçirir

Cəmiyyət Materials 16 Noyabr 2015 14:58 (UTC +04:00)
25 azərbaycanlı hakim üçün “Əsas Məhkəmə Vərdişləri” mövzusunda üç günlük seminar təşkil edib.
ABŞ Ədliyyə Departamenti azərbaycanlı hakimlər üçün seminar keçirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Amerika Birləşmiş Ştatları Ədliyyə Departamentinin Xarici Prokurorluqların İnkişafına Yardım və Treninq İdarəsi ilə birgə noyabrın 16-dan başlayaraq, 25 azərbaycanlı hakim üçün "Əsas Məhkəmə Vərdişləri" mövzusunda üç günlük seminar təşkil edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, seminar azərbaycanlı və amerikalı hakimlər arasında davamlı peşəkar mübadilənin bir hissəsidir.

Seminara mühakimə etmə, məhkəmə rəyinin yazılması, hakim etikası və hökm oxuma mövzuları daxildir. ABŞ-ın Sakramento rayon məhkəməsinin ilk instansiya hakimi Kendall Newman, Viskonsin ştatının qərb bölgəsindən Prokuror John Vaudreuil və ABŞ Səfirliyinin rezident hüquqi məsləhətçisi James Benedetto seminarı aparacaq. Müvəqqəti işlər vəkili Derek Hoqan seminarın açılış nitqini etmişdir. Seminar məhkəmə sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının mühüm hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti