...

Şimal regionunun 210 şagirdi maarifləndirici tur-aksiyaya qoşulub

Cəmiyyət Materials 17 Noyabr 2015 11:48 (UTC +04:00)

Bakı. Trend:

Şimal regionunu əhatə edən 6 rayon - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan 210 məktəbli Prezident İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində keçirilən maarifləndirici tur-aksiyaya qoşulublar. Trend-in məlumatına görə, şagirdlər İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə ekskursiyaya yola düşüblər.

Xaçmazdakı Heydər Əliyev adına parkda şagirdlərin təntənəli yola salma mərasimi keçirilib. İcra hakimiyyəti, təhsil şöbəsi və məktəblərin nümayəndələri, eləcə də, valideynlər məktəblilərə uğurlu yol arzulayıb.

Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiya çərçivəsində məktəblilər dörd gün ərzində ölkəmizin gözəl guşələrindən olan şimal-qərb rayonlarına səfər edəcəklər. Məktəblilər səfər çərçivəsində bölgənin qədim tarixi, mədəniyyət abidələri, müasir park və xiyabanları, turizm obyektləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Səfərlə bağlı bütün xərclər dövlət tərəfindən ödənilir. Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırıldıqdan sonra komfortlu avtobusla səfərə yola salınıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti