...

"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçıları cənub bölgəsindədir

Cəmiyyət Materials 17 Noyabr 2015 17:36 (UTC +04:00)
"Ölkəmizi tanıyaq" layihəsi üzrə Gəncə, Şəmkir, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan tur-aksiya iştirakçıları noyabrın 16-dan etibarən cənub bölgəsinə səfərdədir.
"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçıları cənub bölgəsindədir

Bakı. Trend:

"Ölkəmizi tanıyaq" layihəsi üzrə Gəncə, Şəmkir, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan tur-aksiya iştirakçıları noyabrın 16-dan etibarən cənub bölgəsinə səfərdədir.

Trend-in məlumatına görə, respublikamızın ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri üçün cənub bölgəsində təşkil olunan növbəti tur-aksiya çərçivəsində 8 rayonun müxtəlif bölgələrindən olan məktəblilər və nəzarətçi müəllimlər üç qrupda Lənkəran şəhərinə gəliblər.

Lənkəranın mərkəzi meydanında qarşılanan tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər barədə, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında ətraflı məlumatlar verilib.

Lənkəran-Lerik-Astara marşrutu üzrə ekskursiyada Gəncə, Şəmkir, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından ümumilikdə 350-yə yaxın şagird iştirak edir.

Lənkəran şəhəri ilə tanışlıq Bayraq Meydanından başlayıb. "Qoşa Qala" qapıları və Lənkəranın simvollarından biri olan "Samovar"la tanışlıqdan sonra, Hirkan Milli Parkına ekskursiya edən uşaqlara maraqlı məlumatlar verilib. Çay plantasiyaları və sitrus meyvə bağları ilə tanışlıq da uşaqlarda geniş təəssüratlar yaradıb. Günün ikinci yarısında tur-aksiya iştirakçıları gəzintilərinə davam ediblər.

Növbəti günlərdə tur-aksiya iştirakçıları Lerik və Astara rayonlarının qədim tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə yaxından tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti