...

Bir qrup məktəbli Şəkiyə gəlib

Cəmiyyət Materials 18 Noyabr 2015 15:56 (UTC +04:00)
"Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Abşeron, Siyəzən, Şabran, Xızı və Sumqayıtın bir qrup məktəblisi Şəkiyə gəlib.
Bir qrup məktəbli Şəkiyə gəlib

Bakı. Trend:

"Ölkəmizi tanıyaq" devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Abşeron, Siyəzən, Şabran, Xızı və Sumqayıtın bir qrup məktəblisi Şəkiyə gəlib.

Trend-in məlumatına görə, tur çərçivəsində məktəblilər ilk olaraq Heydər Əliyev Mərkəzində olublar. Aksiya iştirakçıları burada ulu öndərin abidəsini ziyarət ediblər.

Daha sonra məktəblilərə Şəkinin tarixi abidələri, mədəniyyət nümunələri haqqında qısa məlumat verilib. Qısa tanışlıqdan sonra qonaqlar Şəkinin tarixi abidələrini görmək üçün yola düşüblər.

Turun təşkilində məqsəd məktəblilərə tarixi abidələri daha yaxından tanımaq, onlarda milli-mənəvi dəyərlərə hörmət aşılamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti