Bakı. İlhamə İsabalayeva - Trend:
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi üzrə İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının məktəblilərinin Quba rayonuna səfər ediblər.
Trend-in məlumatına görə, Qubada olduqları müddətdə məktəblilər Heydər Əliyev Mərkəzi, Quba Gənclər Mərkəzi, Quba tarix-diyarşünaslıq muzeyi, Quba Soyqırım Memorial Kompleksi, tarixi-mədəniyyət abidələri, Quba xalça sexləri ilə tanış ediliblər.
Tur iştirakçıları, həmçinin "Rixos" hotelinə səyahət ediblər. Onlar oradakı qolf meydançasında olublar.