...

Əkin yerlərində gəmiricilər çoxalıb

Cəmiyyət Materials 21 Noyabr 2015 17:44 (UTC +04:00)
Şimal regionunda əkin yerlərində gəmiricilər çoxalıb.
Əkin yerlərində gəmiricilər çoxalıb

Bakı. Trend:

Şimal regionunda əkin yerlərində gəmiricilər çoxalıb.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, son günlər şimal regionunda havanın mülayim keçməsi taxıl səpinini sürətləndirsə də bir sıra problemlər də yaradıb. Müsbət temperatur əkin yerlərində gəmiricilərin çoxalmasına səbəb olub. Əsasən meşələrin yaxınlığında yerləşən taxıl sahələrində gəmiricilərə daha çox rast gəlinir. Xaçmazın Ləcət kəndinin fermerləri problemdən çıxış yolunu sahələrin mütəşəkkil formada dərmanlanmasında görür.

Kənd təsərrüfatı mütəxəssisləri isə havanın mülayim keçməsi ilə gəmiricilərdə balavermə səviyyəsinin artdığını bildirir. 1 ayda 8-10 bala verən çöl siçanları şaxtalı hava olmadığı üçün daha geniş şəkildə yayılır. Bunun üçün fermerlər vaxtında aidiyyatı orqanlara müraciət edərək sahələrdə ziyanvericilərə qarşı mübarizə tədbirlərinə başlamalıdır.

Bu il Xaçmazda 104 min 157 ton taxıl biçilib. Bu rayon üçün rekord göstərici hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti