...

Dövlət Xidməti: Miqrant axınının Azərbaycan üçün heç bir narahatlığı yoxdur

Cəmiyyət Materials 23 Noyabr 2015 18:22 (UTC +04:00)
Miqrant axınının Azərbaycan üçün heç bir narahatlığı yoxdur.
Dövlət Xidməti: Miqrant axınının Azərbaycan üçün heç bir narahatlığı yoxdur

Bakı. Elmir Murad - Trend:

Miqrant axınının Azərbaycan üçün heç bir narahatlığı yoxdur. Bunu Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən deyiblər.

Qurumdan bildiriblər ki, buna görə də miqrasiya siyasətinə yenidən baxılması ilə bağlı məsələ gündəmdə deyil: "Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərə uyğun olaraq, miqrasiya sahəsində dövlət siyasəti həyata keçirilir. Azərbaycanda miqrasiya idarəetmə sistemi inkişaf etdirilir. Bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılır, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, qanunların tətbiqinin effektivliyi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması təmin olunur".

Qurumdan verilən məlumata əsasən, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur: "Dünyanın müxtəlif dövlətlərindən əcnəbilər ölkəmizə gəlirlər. Amma faiz etibarilə üstünlük Türkiyə və Rusiya vətəndaşlarına aiddir".

Dövlət Xidmətindən onu da bildiriblər ki, 2000-ci ilin əvvəllərindən Azərbaycana miqrant axını artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti