...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə beynəlxalq konfrans keçirəcək

Cəmiyyət Materials 25 Noyabr 2015 12:47 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Misirdə beynəlxalq konfrans keçirəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə beynəlxalq konfrans keçirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Misirin İsgəndəriyyə Kitabxanası dekabrın 8-11-də İsgəndəriyyədə beynəlxalq konfrans keçirəcək.

Komitənin Mətbuat xidmətiondən Trend-ə verilən məlumata görə, "XXI əsrdə demokratiya" mövzusuna həsr olunan konfransda tanınmış siyasətçi, ekspert və akademiklər hazırda dünyada cərəyan edən gərgin proseslər fonunda demokratiya anlayışının əhəmiyyətini müzakirə edəcək, mümkün islahatlar və yeni mexanizmlərin tətbiqi barədə fikir mübadiləsi aparacaqlar. Konfrans çərçivəsində 2016-cı ilin mart ayında Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıqla əlaqədar toplantının keçirilməsi də planlaşdırılıb.

Konfransın işində Misirin xarici işlər naziri Sameh Şükri, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumdjiya, eləcə də Hollandiyanin sabiq Baş naziri Vim Kok, Serbiyanin sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Nigeriyanın sabiq dövlət başçısı Olusegun Obasanjo, Albaniyanın keçmiş Prezidenti Recep Meydani, Rumıniyanin sabiq Prezidenti Emil Konstantinesku, Uruqvayın sabiq Prezidenti Luis Alberto Lacalle, Ekvadorun sabiq Prezidenti Rozalia Arteaqoa Serrano və İordaniya şahzadəsi Əl Hassan bin Talal iştirak edəcək.

Bundan başqa, konfransa Ərəb Dövlətləri Liqasının Baş katibi Nabil əl-Ərəbi, eləcə də təşkilatın sabiq rəhbəri Əmir Musa, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu da qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti