...

Mübariz Qurbanlı: Kimlərinsə din adı altında çirkin məqsədlərini həyata keçirməsi yolverilməzdir

Cəmiyyət Materials 30 Noyabr 2015 17:58 (UTC +04:00)
Milli Məclis "Dini etiqad azadlığı haqqında" qanuna müxtəlif əlavə və dəyişikliklər etməlidir.
Mübariz Qurbanlı: Kimlərinsə din adı altında çirkin məqsədlərini həyata keçirməsi yolverilməzdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Məclis "Dini etiqad azadlığı haqqında" qanuna müxtəlif əlavə və dəyişikliklər etməlidir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus model daha da təkmilləşdirilməlidir: "İmkan verməməliyik ki, kimlərsə din adı altında milli maraqlarımıza, dövlətimizin əsaslarına, milli ideologiyamıza qarşı fəaliyyət göstərə bilsinlər. Bizi birləşdirən azərbaycançılıqdır, bizim milli kimliyimiz var".

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda dini etiqad azadlığı var, dövlət tərəfindən dini icmalara yardımlar göstərilir: "Ona görə də, belə olan şəraitdə kimlərinsə din adı altında öz çirkin məqsədlərini həyata keçirməsi yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti