...

Bakıda iritutumlu avtobusların hərəkəti gözlənilirmi?

Cəmiyyət Materials 3 Dekabr 2015 15:51 (UTC +04:00)
Bakıda yeni yeni iritutumlu 18 metrlik avtobusların xəttə buraxılmasında maraqlıyıq.
Bakıda iritutumlu avtobusların hərəkəti gözlənilirmi?

Bakı. Elmir Murad - Trend:

"Bakıda yeni iritutumlu 18 metrlik avtobusların xəttə buraxılmasında maraqlıyıq".

Bunu Trend-ə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, bunun üçün artıq bir həftədən çoxdur ki, sözügedən avtobuslar marşurut xətlərində sınaqdan keçirilir. N.Allahyarova qeyd edib ki, yeni avtobuslardan Azərbaycana neçə ədəd gətiriləcəyi testin cavablarından sonra məlum olacaq: "Məhz bu məqsədlə test keçiririk. Test zamanı yeni avtobusların daşıma gücünə baxacağıq. Yəni ki, nəticə etibarı ilə yeni avtobuslar hansı xəttdə fəaliyyət göstərəcəskə, həmin xəttdə avtobusların daşıma gücü yoxlanılacaq. Gün ərzində neçə sərnişin daşınacaqsa, ona uyğun müvafiq avtobuslar da Bakıya gətiriləcək".

N.Allahyarova bir neçə gün əvvəl "BakuBus" MMC-nin avtobusunda sərnişinin sürücünü döyməsinə də münasibət bildirib. O vurğulayıb ki, hazırda bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır: "Sərnişinin sürücünü döyməsi anını kamera qeydə alıb. Biz də həmin kadrları polisə təqdim etmişik. Hazırda bu istiqamətdə işlər aparılır. Sürücü hələ də xəstəxanada müalicə alır. Hadisədən sonra onun nitqində qüsurlar əmələ gəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti