Bakı. Trend:
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev həbs olunub.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə təsdiqləyiblər.
Trend-in əldə etdiyi məlumata görə, C.Hacıyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.