...

MTN-də saxlanılanların ailəsilə görüşü və əlaqə saxlaması təmin olundu

Cəmiyyət Materials 10 Dekabr 2015 13:23 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası" Qanunun tətbiqinə real olaraq başlanılıb.
MTN-də saxlanılanların ailəsilə görüşü və əlaqə saxlaması təmin olundu

Bakı. Samir Məmmədov-Trend:

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası" Qanunun tətbiqinə real olaraq başlanılıb.

Trend-in məlumatına görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu proses nazirliyin rəhbərliyinin dəyişməsi ilə bağlıdır: "Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və onların ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar bu təcridxanadan indiyə kimi təmin olunmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti