...

Ləğv edilən MTN-nin Heydər Əliyev adına Akademiyası necə fəaliyyət göstərəcək?

Cəmiyyət Materials 16 Dekabr 2015 10:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının gələcək fəaliyyətinin hansı şəkildə qurulacağı məsələsinə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Arif Babayev ANS TV-yə müsahibəsində bildirib ki, bundan sonra Akademiya Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası kimi öz fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, sadəcə, Akademiyanın indiki fomatda deyil, daha mütərəqqi, müasir tədris, təlim aspektlərini nəzərə alaraq öz fəaliyyətini daha da təkmilləşdirməsi prioritet kimi qarşıya vəzifə qoyulub: "Akademiyada mövcud olan kafedraların sayının azaldılması nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması və Azərbaycanın təhlükəsizliyinə mümkün təhdidlər nəzərə alınaraq, regional və beynəlxalq təhlükəsizlik arxitekturasında baş verən son yeniliklər, dəyişikliklər hamısı nəzərə alınaraq tədrisdə müvafiq təkmilləşdirmə işləri aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti