...

Quba-Xınalıq yolunda qar uçqunu baş verib - 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Dekabr 2015 14:26 (UTC +04:00)
Quba-Xınalıq yolunda qar uçqunu olub.
Quba-Xınalıq yolunda qar uçqunu baş verib - 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Quba-Xınalıq yolunda qar uçqunu olub.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün Quba-Xınalıq yolunda qar uçqunu baş verib. Qar uçqunu yolun 36 və 37-ci km-də qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Əraziyə Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.

x x x

Dekabrın 22-si səhər saatlarında baş verən qar uçqunu nəticəsində Quba-Xınalıq yolu bağlanıb. Bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu Quba-Xınalıq yolunun 36-37-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır.

İdarənin canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır.

Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti