...

Elman Mehdiyev Qusarda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Cəmiyyət Materials 15 Yanvar 2016 10:22 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Elman Mehdiyev Qusar rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, DSMF sədri E.Mehdiyev 22 yanvar 2016-cı il tarixdə, saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Qusar rayon şöbəsində (02338) 5-40-94
Quba rayon şöbəsində (02333) 5-26-15
Xaçmaz rayon şöbəsində (02332) 5-05-25
Şabran rayon şöbəsində (02335) 3-39-48
Siyəzən rayon şöbəsində (02330) 4-09-04

Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti