...

Bəzi işbazlar müxtəlif üsullara əl atmaqla gömrük ödənişlərindən yayınmağa çalışırlar (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2016 15:46 (UTC +04:00)
Bəzi işbazlar müxtəlif qeyri-qanuni üsullara əl atmaqla gömrük ödənişlərindən yayınmağa çalışırlar.
Bəzi işbazlar müxtəlif üsullara əl atmaqla gömrük ödənişlərindən yayınmağa çalışırlar (FOTO)

Bakı. Trend:

Bəzi işbazlar müxtəlif qeyri-qanuni üsullara əl atmaqla gömrük ödənişlərindən yayınmağa çalışırlar. Lakin bu kimi halların qarşısı gömrük orqanları tərəfindən qətiyyətlə alınır, gömrük qanunvericiliyinin tələblərinin icrası təmin olunur.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu yaxınlarda gömrükçülər tranzit gömrük proseduru altında ölkə ərazisinə gətirilən xeyli həcmdə taxta məmulatının realizə edilməsinin qarşısını alıblar.

Astara Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Astara şəhər sakini Əhədulla Hümmətlinin idarə etdiyi "KAMAZ-5410" markalı, "07BD314/44ZA346" nömrəli nişanlı yük maşınından həmin şəhərin sakini Nurulla Nurəliyevin idarə etdiyi "MAZ-54323" markalı, "07BA677/07ZA147" nömrə nişanlı yük maşınına taxta məmulatı yüklənərkən hər iki şəxs saxlanılıb, yükləmə-boşaltma əməliyyatı dayandırılaraq yükə və nəqliyyat vasitəsinə dair sənədlər tələb olunub.

Sürücü Əhədulla Hümmətlinin təqdim etdiyi yükə və nəqliyyat vasitəsinə dair sənədlərə əsasən, maşında olan taxta yükü Rusiya Federasiyasından İran İslam Respublikasına göndərilməsindən ötrü bəyannaməçi - Bakı şəhərində yerləşən "MARS-SM" MMC tərəfindən bəyan olunmaqla, 06.01.2016-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tranzit çıxış təyinatı üzrə rəsmiləşdirilib və tranzit gömrük proseduru altında İrana göndərilməsindən ötrü Astara Gömrük İdarəsinə təyinat verilib.

Hər iki yüklü nəqliyyat vasitəsi müvafiq araşdırma aparılması üçün Astara Gömrük İdarəsinə gətirilib və gömrük nəzarəti altında saxlanılıb. Daha sonra həmin yük maşınlarında olan taxta məmulatının çəkisi müəyyən edilib.

Nəticədə, təqdim olunan sənədlərdə yükün çəkisi 31 500 kq, ölçüsü 50,8395 kubmetr göstərildiyi halda, faktiki olaraq yükləmə-boşaltma əməliyyatı zamanı saxlanılmış iki maşındakı yükün ümumi çəkisi 11 700 kq, ölçüsünün isə 17,308 kubmetr olduğu məlum olub.

Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının ərazisindən keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına tranzit gömrük proseduru altında taxta yükü aparan digər nəqliyyat vasitələrində də oxşar faktları qeydə alıblar. Həmin nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı təqdim olunan yük müşayiət sənədlərində göstərilənlərlə faktiki yük arasında uyğunsuzluq müşahidə edilib.

Azərbaycan Respublikasının vətəndaşları - Mahir Abbasovun idarə etdiyi "MAZ-54323" markalı, "42BO539" nömrə nişanlı maşında yükün çəkisi 33 100 kq, ölçüsü 50,179 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 13 000 kq, ölçüsünün isə 31 kubmetr olduğu, Zaur Əkbərovun idarə etdiyi "KAMAZ-5410" markalı, "10NV690" nömrə nişanlı maşında yükün çəkisi 32 900 kq, ölçüsü 55 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 14 200 kq, ölçüsünün isə 38 kubmetr olduğu, Raqib Babayevin idarə etdiyi "KAMAZ-5410" markalı, "42BH674" nömrə nişanlı maşında yükün çəkisi 33 100 kq, ölçüsü 50,179 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 13 600 kq, ölçüsünün isə 35 kubmetr olduğu, Mahir Abbasovun idarə etdiyi "KAMAZ-5410" markalı, "10XH981" nömrə nişanlı maşında yükün çəkisi 33 825 kq, ölçüsü 50,179 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 15 000 kq, ölçüsünün isə 38 kubmetr olduğu aşkara çıxarılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti