...

Ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Cəmiyyət Materials 20 Yanvar 2016 15:04 (UTC +04:00)
Ədliyyə işçiləri Ümumxalq hüzn günündə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.
Ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı. Trend:

Ədliyyə işçiləri Ümumxalq hüzn günündə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

Trend-in məlumatına görə, bu hadisələrin ildönümü ilə əlaqədar ədliyyə orqanlarında tədbirlər təşkil olunaraq Ədliyyə Nazirliyində Qanlı Yanvar faciəsi ilə bağlı sənədlərdən, arxiv və fotoşəkillərdən ibarət xüsusi stend hazırlanıb, həmçinin bu barədə materiallar elektron məlumat lövhəsində yayımlanıb, kinozalda 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti