...

“Metro Gallery” "İlin layihəsi" oldu

Cəmiyyət Materials 26 Yanvar 2016 16:09 (UTC +04:00)
Beynəlxalq Muğam mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi “İlin fotoqrafı 2015” adlı mükafatlandırma mərasimi keçirilib
“Metro Gallery” "İlin layihəsi" oldu

Bakı. Samir Əli - Trend:

Beynəlxalq Muğam mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi "İlin fotoqrafı 2015" adlı mükafatlandırma mərasimi keçirilib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, 1999-cu ildən indiyə kimi hər il mütəmadi keçirilən "İlin fotoqrafı" mükafatlandırma mərasimlərində "İlin sərgisi", "İlin debüt sərgisi" və "İlin layihəsi" mükafatları öz sahiblərini tapır.

2015-ci ilin yekun mükafatlandırma mərasimində Bakı Metropoliteni QSC-nin "Metro Gallery" layihəsi "İlin layihəsi" nominasiyasının qalibi elan edilərək, fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, 2015-ci il iyulun 15-də metropolitenin "Gənclik" stansiyasının keçidlərində "Metro Gallery" layihəsi çərçivəsində foto əsərlərdən ibarət sərgi açılmışdı. "Bakı Metropoliteni"QSC-nin sosial yönümlü proqramların tərkib hissəsi olan layihəyə marağın həddən artıq olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edirdi. Mövzular müxtəlif və rəngarəng idi. Daha istedadlı 39 iştirakçının 92 əsəri peşəkar münsiflər heyəti tərəfindən seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti