...

Komissiya sədri: Hacıqabulda püskürən vulkan sönüb, 8 hektar əraziyə palçıq dağılıb

Cəmiyyət Materials 26 Yanvar 2016 16:48 (UTC +04:00)

Bakı.İlhamə İsabalayeva - Trend:

Haçıqabul rayonunun birinci Udulu kəndi ərazisindəki Kalaməddin dağının ətəyində bu gün səhər tezdən püskürən vulkan artıq sönüb. Vulkanın püskürməsi nəticəsində 8 hektar əraziyə palçıq dağılıb.

Bunu Trend-ə Haçıqabul rayon icra başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov deyib.

Onun sözlərinə görə, püskürmə heç bir fəsada səbəb olmayıb. Vulkanın ətrafa palçıq səpələdiyi ərazidə yaşayış məntəqəsi də yoxdur.

S.Aslanov qeyd edib ki, vulkanda iki dəfə partlayış olub. İlk partlayış səhər saat 7:20 radələrində olub. Həmin vaxt alov 120-150 metrədək qalxıb. Ikinci partlayış isə saat 7.30 radələrində olub. Həmin zaman alov 20 metr hündürlüynə qədər qalxıb.

S.Aslanov qeyd edib ki, bu vulkanda sonuncu püskürmə 1963-cü ildə baş verib. Həmin müddətdən sonra ilk dəfə olaraq, bu gün həmin vulkanda yenidən püskürmə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti