Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda elmi tədqiqatçılara ekspert statusu veriləcək. Trend-in məlumatına görə, bunu Milli Məclisisin Elm və təhsil komitəsinin "Elm haqqında" qanun layihəsinin müzakirəsi məqsədilə bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, bununla da tədqiqat universitetinin elmi işçiləri Dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına cəlb ediləcəklər.
Komitə sədrinin sözlərinə görə, bu, elmi işçilərin elmi fəaliyyətlə məşğul olmasını stimullaşdıracaq. Çünki elmi işçilər dövlət proqramlarına cəlb olunmaqla əlavə gəlir əldə edəcəklər. Dövlət isə müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı elmi işçilərin fikirlərindən də faydalana biləcək.