...

Mənzili olmayan qalmayacaq - Kristal Abşeron

Cəmiyyət Materials 1 Fevral 2016 12:46 (UTC +04:00)
Arzularınızdakı mənzil bir addımlığınızda – Kristal Abşeron
Mənzili olmayan qalmayacaq - Kristal Abşeron

Bakı. Trend:

Fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləyən və uğur qazanan "Kristal Abşeron MTK" müştərilərinə olduqca sərfəli təkliflər hazırlayıb. Trend-ə verilən məlumata görə, ölkənin bir neçə şəhərində, xüsusilə paytaxt Bakının müxtəlif yerlərində şirkət tərəfindən inşa edilən yaşayış binalarında müştərilər üçün tam təmirli 1,2 və 3 otaqlı mənzillər təklif edilir.

İnsanların böyük əksəriyyətinin birbaşa yüksək məbləğ ödəmə imkanlarının məhdudiyyətini nəzərə alaraq şirkət olduqca sərfəli və uzun müddətli kredit şərtləri ilə təmirli mənzil satışını həyata keçirir.

Belə ki, artıq siz ilkin ödəniş etmədən, təkcə şəxsiyyət vəsiqəsi ilə 20 illik ipoteka krediti ilə tam tamirli mənzillərə sahib ola biləcəksiniz. İllik faiz göstəriciləri artıq 1 rəqəmlidir. Yəni siz illik 4.5 %(effektiv) ödəməklə yüksək keyfiyyətli mənzil sahibi olacaqsınız.

"Kristal Abşeron MTK"nin "Xəyallarınızı inşa edirik" - devizinin tam formada həyata keçirilməsi şirkətin ən böyük məqsədlərindən biridir. Düşünürük ki, yeni və sərfəli kredit şərtləri hər kəs üçün faydalı olacaq.

Onu da qeyd edək ki, bu gün "Kristal Abşeron MTK" ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkət qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurlara çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.

Müasir təcrübəyə və texnologiyaya yiyələnmiş şirkət müştərilərin ən qısa zamanda evlərinə yerləşmələrini təmin etmək üçün dayanmadan işləyir və şirkətə olan etimadı doğrultmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti