...

Ukraynanın tanınmış universitetində Azərbaycan mədəniyyət mərkəzi açılıb (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2016 16:27 (UTC +04:00)
Ukraynanın tanınmış universitetində Azərbaycan mədəniyyət mərkəzi açılıb. Trend-in məlumatına görə, mərkəz Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Taras Şevçenko adına Milli Universitetdə yaradılıb.
Ukraynanın tanınmış universitetində Azərbaycan mədəniyyət mərkəzi açılıb (FOTO)

Bakı-Trend:

Ukraynanın tanınmış universitetində Azərbaycan mədəniyyət mərkəzi açılıb. Trend-in məlumatına görə, mərkəz Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Taras Şevçenko adına Milli Universitetdə yaradılıb.

Açılış mərasimində iştirak edən Alyansın sədri Elmar Məmmədov vurğulayıb ki, bu mərkəz iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək:

"Mən inanıram ki, bu sahədə bizim yeni mütəxəssislərimiz yaranacaq. İstəyirik ki, Azərbaycanın yeni yaradılan mədəniyyət mərkəzi açıq qapı statusu kimi fəaliyyət göstərsin. O zaman mərkəzdə tez-tez maraqlı insanlarla görüşlər keçiriləcək. Məqsədimiz gələcəkdə mərkəzin təşkilatçılığı ilə sərgi və ekspozisiyalarla yanaşı, yaradıcı insanlarla söhbətlər, mətbuat konfransları, forumlar təşkil etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti