...

Azərbaycanda Multikulturalizm Qış Məktəbi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 8 Fevral 2016 12:05 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbi fəaliyyətə başlayıb.
Azərbaycanda Multikulturalizm Qış Məktəbi fəaliyyətə başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbi fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, məktəbin açılış mərasimində çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev 2016-cı ilin Azəbaycanda multukulturalizm ili elan edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Azəbaycanda bütün xalqların, bütün dinlərə mənsub insanların eyni hüquqa malik olduğunu deyən A.Hacıyev ölkəmizdə tolerant mühitin olduğunu da söyləyib.

Rektor bildirib ki, Prezident İlham Əliyevin "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycan Multikulturalizmi yaşayır və yaşayacaq" sitatını özünə deviz tutan qış məktəbi ötən ilin yayında keçirilən Multikulturalizm Mərkəzinin yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq keçirilir. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.

Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərindən 43 nəfər, Azərabaycan universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.

Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin Drezden filialının direktoru Birgit Vaysberqer bu vəzifəyə yeni təyin edildiyini və ona verilmiş bu məsuliyyətin öhdəsindən uğurla gələ biləcəyinə ümid etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti