Bəzi yol qəzalarında sürücülərin məsuliyyətdən azad olunmasının müsbət və mənfi tərəfləri

Bəzi yol qəzalarında sürücülərin məsuliyyətdən azad olunmasının müsbət və mənfi tərəfləri

Bakı. Samir Əli - Trend:

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş son dəyişiklik bu il mayın 1-dən qüvvəyə minəcək. İXM-ə edilmiş yeni dəyişikliyə görə, magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişəcək. Belə ki, mayın 1-dən etibarən bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaqlar.

Hazırkı qaydalara görə, sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o, yüngül xəsarət alarsa, o zaman sürücü 200 manat məbləğində cərimə edilir. Sürücünün avtomobili idarə etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır.

Yeni İXM-də nəzərdə tutulan qaydaya görə isə piyada yüngül xəsarət alarsa, sürücü məsuliyyət daşımır. Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalarda göstərilir.

Ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında yeni dəyişikliyin vacib olduğunu bildirib.

Ə.Hüseynov deyib ki, bu dəyişiklik bəzi sürücülər tərəfindən sürücülərin tam məsuliyyətdən azad olunması kimi başa düşülsə də, əslində bu belə deyil.

Ekspert hesab edir ki, bu dəyişiklik bütün hallarda törədilən yol qəzalarına aid deyil: "Əgər piyada vurulması 110 kilometr-saat və daha yuxarı sürət təyin edilən yolda törədilərsə, piyada keçidi olmayan yerdə, yolun hərəkət hissəsini keçməyin qadağan olunduğu yerdə piyada yolu keçərkən baş verərsə və bu zaman yüngül xəsarət alarsa, belə halda sürücü məsuliyyətdən azad edilir. Belə halda sürücü məsuliyyətə cəlb edilə bilməz. Dəyişiklik onu göstərir ki, əgər belə hal baş verərsə, bu vəziyyətdə sürücünün təqsirini araşdırmağa ehtiyac yoxdur. Amma belə halda piyada ölərsə, ağır və hətta az ağır xəsarət alarsa, bu, artıq cinayət xarakterli yol-nəqliyyat hadisəsidir və ciddi araşdırılmalı, hüquqi qiymət verilməlidir. Bu halda isə yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürücünün tədbir görüb-görmədiyi araşdırılmalı və nəticə müəyyənləşdirilməlidir. Əgər belə halda sürücü yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün hər hansı bir tədbir görübsə və bu tədbir nəticə verməyibsə, bu halda da sürücü günahsız hesab edilə bilər. Amma sürücü belə halın baş verməməsi üçün tədbir görməyibsə, bu halda sürücü təqsirli hesab edilib cinayət məsuliyyətinə cəlb olunacaq".

Ekspertin fikrincə, bu dəyişikliyin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var və buna birmənalı qiymət vermək çətindir: "Dəyişikliyin müsbət tərəfi odur ki, bu dəyişikliyin edilməsi qanunvericiliyin tətbiqində obyektivliyin təmin edilməsinə yönəlib. Bu, əslində bir mesajdır ki, yol-nəqliyyat hadisələrini araşdırmaq təcrübəsində yanlış bir mövqe var ki, həmişə demək olar, sürücülər günahkar hesab edilir. Azərbaycanda statistika da bunu göstərir. Məsələn, Azərbaycan təcrübəsində nəqliyyat vasitəsinin piyadanı vurduğu halların 98 faizində sürücü günahkar hesab edilir, cəmi iki faiz hallarda isə piyada günahkar sayılır. Amma dünyanın heç bir ölkəsində belə bir hal yoxdur. İnkişaf etmiş Avropa ölkələrində bu məsələyə yanaşma başqadır. Avropa ölkələrində yol-nəqliyyat hadisələrində 60 faiz sürücü günahkar olur, 40 faiz piyada. Bu yeni dəyişiklik həmin yanlış təcrübənin, ədalətdən kənar yanaşmanı aradan qaldırmağa bir mesajdır ki, hadisəyə düzgün qiymət verilsin, piyada yol hərəkəti qaydaları üzrə mövcud vəzifələri icra etməkdə məsuliyyət daşısın, piyadanın günahı üzündən başqaları məsuliyyət daşımasın. Bu, müsbət haldır".

Ə.Hüseynov qeyd edib ki, bu məsələnin praktiki tərəfi çətin olacaq: "Çünki yol-nəqliyyat hadisələrində insan amili və digər subyektiv amillər var. Hadisəyə qiymət verilərkən yanlış təsəvvür yarana bilər ki, 110 kilometr-saat sürət olan zaman piyadanın yüngül xəsarət alması mümkündürmü? Bu hal bir az qaranlıq qala bilər. Ən pisi odur ki, bəzi sürücülər düşünə bilər ki, onsuz da burada sürət 110 km/saatdır və hadisə baş verərsə, sürücü məsuliyyətə cəlb edilməyəcək. Bu, bir az sürücünün məsuliyyətsizliyinə gətirib çıxara bilər. Əlbəttə ki, bunu düşünən sürücülər olacaq. Amma məsuliyyətli sürücü daim diqqətli olur və yol hərəkəti qaydalarına daim riayət edir".

Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Bakıda minik avtomobili yanıb
Bakıda minik avtomobili yanıb
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Loading Bars
Xəbər lenti
Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb
Netanyahu İsrailin atacağı addımlar barədə Baydeni məlumatlandırıb
HƏMAS Tel-Əviv və Aşdod istiqamətində onlarla raket buraxıb
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Bütün xəbərlər