...

Dövlət Komitəsində yeni iş yerləri açılacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Fevral 2016 11:29 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 yeni iş yeri açılacaq
Dövlət Komitəsində yeni iş yerləri açılacaq (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 yeni iş yeri açılacaq. Trend-in məlumatına görə, bunu Komitənin aparat rəhbəri Arif Əşrəfov deyib.

A.Əşrəfov bildirib ki, yeni açılacaq iş yerləri dövlət büdcəsindən pul ayrılmadan və təsərrüfat hesabına mümkün olacaq.

Onun sözlərinə görə, iş yerlərindən 40-ı regionlarda, 30-u isə Bakıda olacaq.

A.Əşrəfov bildirib ki, Prezident İlham Əliyev yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlar verib: "Bununla bağlı biz ilk addımları atmağa başlamışıq. Biz liberallaşma siyasəti aparmışıq. Müstəqil qurumlara sertifikatlaşdırma fəaliyyəti aparmaq səlahiyyəti verilib. Müstəqil sertifikasiya qurumları təsərrüfat hesabına fəaliyyət göstərəcək ki, bu da dövlət büdcəsinin yükünü azaldacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti