...

Ombudsman nümayəndələri Bakı İstintaq Təcridxanasında olublar

Cəmiyyət Materials 10 Fevral 2016 12:30
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Ombudsman nümayəndələri Bakı İstintaq Təcridxanasında olublar

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə müəssisənin ərzaq anbarı və yeməkxanasına baxış keçirilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə daxilində çoxsaylı saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilmiş, habelə bəzi müraciətlər yerində təmin edilib.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, saxlanılma şəraiti ilə bağlı qaldırdıqları bir sıra məsələlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmiş, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul edilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, İstintaq təcridxanalarının daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti