...

Böyük Britaniya-Azərbaycan universitetlərarası forumu keçirilir

Cəmiyyət Materials 10 Fevral 2016 18:57
Böyük Britaniya-Azərbaycan universitetlərarası forumunun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
Böyük Britaniya-Azərbaycan universitetlərarası forumu keçirilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində fevralın 10-da keçirilən Böyük Britaniya-Azərbaycan universitetlərarası forumunda iştirak edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru Rebeka Haqs, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Böyük Britaniya-Azərbaycan universitetlərarası forumunun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.

Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti