...

“Qaynar xətt”ə daxil olmuş müraciət əsasında cinayət işi başlanıb

Cəmiyyət Materials 16 Fevral 2016 14:47 (UTC +04:00)
Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
“Qaynar xətt”ə daxil olmuş müraciət əsasında cinayət işi başlanıb

Bakı. Trend:

Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İdarədən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Bakı şəhərində əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin "Günəş Holdinq" MMC-yə məxsus mənzili özününkü kimi təqdim edərək dələduzluq yolu ilə saxta müqavilə və arayışlar əsasında Hacıqabul rayon sakininin adına rəsmiləşdirəcəyini vəd edərək 145 min manat məbləğində pulunu və 120 min manat dəyərində evini ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti