...

Bərdə "ASAN xidmət" mərkəzinin əhatə dairəsi genişləndi

Cəmiyyət Materials 16 Fevral 2016 17:36 (UTC +04:00)
Artıq Bərdə “ASAN xidmət” mərkəzi Mingəçevir və Ağdaş rayonlarının sakinlərinə də xidmət göstərəcək.
Bərdə "ASAN xidmət" mərkəzinin əhatə dairəsi genişləndi

Bakı. Trend:

Artıq Bərdə "ASAN xidmət" mərkəzi Mingəçevir və Ağdaş rayonlarının sakinlərinə də xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, adıçəkilən rayon sakinləri Bərdə "ASAN xidmət" mərkəzinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, 2015-ci il martın 29-u Bərdə regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb və mərkəz Bərdə rayonu ilə yanaşı, Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli və Tərtər rayonlarının qeydiyyatda olan sakinlərinə xidmət göstərir.

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti