...

Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası yaradıldı

Cəmiyyət Materials 17 Fevral 2016 12:43 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası yaradılıb.
Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası yaradıldı

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası yaradılıb.

Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.

"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına Xidmət rəisinin müavini Pərviz Musayev sədr təyin edilib. Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə Xidmətin struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir. Apellyasiya Şurasının Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.

Xatırladaq ki, Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

Apellyasiya Şurasının tərkibi:

- Qəhrəmanov Vahid Vaqif oğlu - Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi;
- Abdullayev İsmayıl Əli oğlu - Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi;
- Alıyev Siyasət İdris oğlu - Təşkilat-nəzarət baş idarəsinin rəis müavini;
- Səfərov Rövşən Elxan oğlu - Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini;
- Hüseynov Cəmil Xalid oğlu - Vətəndaşlıq məsələləri baş idarəsi, Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin rəisi;
- İsmayılov Nadir Kamil oğlu - İctimaiyyətlə əlaqələr idarəsinin rəisi.
Apellyasiya Şurasının Katibliyinin tərkibi:
- Süleymanzadə Lalə Rəfail qızı - Təşkilat-nəzarət baş idarəsi, Nəzarət idarəsinin baş inspektoru;
- Əliyev Zamir Ramiz oğlu - Katiblik, Məxfi hissənin (bölmə səlahiyyətli) inspektoru.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi
şossesi 202;

Əlaqə
tel: (012) 563-57-82;
faks: 563-57-82;
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti