...

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək

Cəmiyyət Materials 24 Fevral 2016 17:28 (UTC +04:00)
Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı 2016-cı il 5-6 mart tarixində Bakıda keçiriləcək.
Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək

Bakı. Trend:

Səyahət, turizm və qonaqpərvərlik sənayesinin "Davos Forumu" sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı 2016-cı il 5-6 mart tarixində Bakıda keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan toplantıda bir sıra ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlərin iştirakı nəzərdə tutulur. Builki toplantının mövzusu "İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət faktorları"dır.

Toplantı zamanı növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensialar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, ölkəmiz 2015-ci ildə İsveçrədə keçirilmiş Lüsern Dünya Turizm Forumunda "Qonaq ölkə" (Guest country) qismində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti