...

"Bakı Metropoliteni"ndə Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2016 17:20 (UTC +04:00)
Bu gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
"Bakı Metropoliteni"ndə Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metropoliten əməkdaşları Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Sonra metropolitenin inzibati və texnoloji binasının akt zalında keçirilən tədbirdə soyqırım qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Xocalı soyqırımını bəşəriyyət tarixində bir xalqa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb.

A.Mərdanov deyib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılır. Heydər Əliyev Fondunun, xüsusən təşkilatın vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət" kampaniyası diqqət çəkir. Artıq dünyanın 10-dan artıq ölkəsində bu fakt soyqırım kimi rəsmən tanınır. "Bu gün yayılmış məlumata əsasən, ABŞ-ın Aydaho ştatında da bu qətliam soyqırım aktı kimi qəbul edilir", - deyən A.Mərdanov bildirdi ki, artıq ABŞ-ın 21 ştatında Xocalı qətliamı ədalətli qiymətini alıb.

Həqiqəti yaymaq üçün müxtəlif vasitələrin, xüsusən də bədii filmlərin rolunu qeyd edən İttifaq sədri Qarabağ həqiqətlərini dünaya çatdırmaq üçün son illər bu sahədə xeyli irəliləyiş olduğunu xüsusi vurğuladı.

Tədbirin sonunda metropolitençilərə Xocalı soyqırımına həsr olunmuş və real hadisələr əsasında lentə alınmış "Xoca" filmi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti