Leyla Əliyeva: Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı

Leyla Əliyeva: Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı

Bakı. Trend:

Fevralın 29-da "Redisson Royal Moskva" mehmanxanasının konfrans zalında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Foyedə Azərbaycan və Rusiya məktəblilərinin, habelə RF-nin Əməkdar Rəssamı Əsgər Məmmədovun yetirmələrinin Xocalı faciəsinə həsr olunmuş rəsmləri nümayiş etdirilib.

Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və amansız səhifəsidir. O deyib: "Bu münaqişə artıq 30 ilə yaxındır ki, davam edir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Zəbt olunmuş torpaqlarda arxitektura şedevrləri, tarixi abidələr məhv edilib, bu diyarda Azərbaycan mədəniyyəti ilə bağlı bütün əlamətlər silinib".

Heydər Əliyev Fondunun vitse-prezidenti həmin dəhşətli gecədən söz açaraq deyib: "Erməni silahlıları 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı amansızlıqla qətlə yetiriblər. Gələcək həkimlərin, mühəndislərin, müəllimlərin, Azərbaycanı daha yaxşı, işıqlı və maraqlı edə biləcək insanların həyatı yarımçıq qaldı. Beynəlxalq ictimaiyyət bu faciəyə ədalətli qiymət verməli, günahkarlar isə cəzalandırılmalıdır".

Leyla Əliyeva bildirib ki, 2008-ci ildə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası start götürüb. Onun məqsədi dünya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq və belə bir qətliamın heç vaxt və heç yerdə təkrarlanmamasına nail olmaqdır. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb. "Xocalıya ədalət!" kampaniyasını dünyanın onlarca ölkəsi dəstəkləyir. Kanada, Meksika, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Honduras parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalıda soyqırımı faktını tanıyırlar. Biz ən yüksək beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və Haaqa Beynəlxalq Məhkəməsinə petisiyalar təşkil edirik. Bizim səsimiz dünyanın ən mühüm konfrans və forumlarında eşidilir. Bosniyanın paytaxtı Sarayevoda Srebrenitsa və Xocalı soyqırımları qurbanlarının xatirəsinə abidə ucaldılıb. Faciə haqqında hər cür informasiyanın yer aldığı "Xocalıya ədalət" saytı açılıb. Biz bu dəhşətli faciə barədə filmlər çəkir, kitablar çap edirik. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində Xocalıya həsr olunmuş konfrans, sərgi və seminarlar keçirilir. Fəallarımız sayəsində bizim kampaniyanı 115 təşkilat və 120 mindən çox adam dəstəkləyir.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Azərbaycan həmişə tolerant və multikultural ölkə olub. Müxtəlif millətlərdən və dinlərdən olan insanlar burada sülh və həmrəylik şəraitində yaşayıb və yaşayırlar. O deyib: "Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı. Xocalı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Biz Azərbaycan rəssamlarının və uşaqların rəsm əsərlərindən ibarət sərgi hazırladıq. Siz bu faciəni incəsənət adamlarının gözü ilə görüb duya bilərsiniz. Ola bilsin ki, bu əsərlərdə hədsiz qəm və kədər var. Amma biz səmimi qəlbdən inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz evlərinə, doğma yurd-yuvalarına qayıdacaqlar".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, dünyanın harasında yaşayırlarsa yaşasınlar, azərbaycanlıların indiki nəsilləri üçün "Xocalı" sözü ümumi ağrı-acıya çevrilib. Səfir deyib: "Bu gün burada gənclərin sayı çoxdur. Mən buna ürəkdən sevinirəm. Çünki gənclərimiz vətənpərvərlik ruhunda böyüyür və möhtərəm Prezidentimizin gənclərin qarşısına qoyduğu məqsəd və vəzifələri başa düşürlər. "Xocalı" sözü həddi-hüdudu olmayan ədalətsizliyin və vəhşiliyin timsalıdır. Azərbaycan xalqı məhz bu söz vasitəsilə müasir hüquqda bəşəriyyət əleyhinə cinayət kimi müəyyən edilən amansızlıqların ən qorxunc təzahürlərini yaşayır".

Səfirin fikrincə, həyatın özü belə bir əbədiyaşar həqiqəti təsdiq edir: cəzasız qalan cinayətlər yeni və daha ağır cinayətlər doğurur. Diplomat deyib: "Buna görə vurğulamaq istəyirəm ki, Xocalı faciəsinin ağrı-acısını hiss etmək, onu qeyd-şərtsiz pisləmək təkcə bizim xalqın qayğısı deyil, həm də bütün xoşməramlı insanların əxlaqi-hüquqi seçimi olmalıdır. Bu baxımdan mən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində böyük işlər görən Leyla xanım Əliyevaya "Çox sağ olun" demək istəyirəm. Bu zərif və gözəl xanım bütün fəaliyyətini bu məsələyə həsr edib və özünün qısa çıxışında bu yolda əldə edilən bir sıra nailiyyətləri sadalayıb. Artıq dünya üzünü bu faciəyə doğru çevirir və anlamağa başlayır ki, gələcəkdə belə bir qırğının dünyanın heç bir ölkəsində təkrarlanmaması üçün onu pisləmək lazımdır".

Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, kulturologiya doktoru, professor Yuri Pompeyev bildirib ki, 24 il bir nəslin yaşıdır. O, "Xocalıya ədalət!" kampaniyasından danışaraq vurğulayıb ki, "ədalət" açar sözüdür: "Amma ədalətə nail olmaq və bu sözün miqyasını əhatə etmək də çox çətindir. Mənim bu kampaniyaya aidiyyətim var. Mən həmişə ona hay verirəm. Cənubi Qafqazdakı hadisələrə bu şəkildə cəlb olunmağım sayəsində son illər bütün maraq və gücümü həmin ağrıya sərf edirəm ki, əhali ən azı 24 il əvvəl o vaxtkı Qarabağın bu kiçik şəhərində baş verənlərdən xəbərdar olsun".

Sərgidəki əsərlərin çoxunda tankların təsvir olunduğunu bildirən Y.Pompeyev deyib: "Tanklar 366-cı alay deməkdir. Düzdür, bu tanklar nə yaşıl, nə də qırmızı rəngdə olub. Onları ağ rəngə boyamışdılar ki, sovet ordusuna məxsus olduğunu gizlətsinlər. Ancaq o vaxt bu alay millətçi nasist qüvvələrin sərəncamında idi. Çünki Serj Sarkisyan o dövrdə Ermənistan ordusunun rəhbərlərindən biri idi. Bu, rüsvayçılıqdır. Bu fakt mütləq Rusiya Federasiyasının indiki vətəndaşlarının diqqətinə çatdırılmalıdır və mən də bunu etməyə çalışıram".

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib ki, hər bir insanın din, siyasət, mənəvi azadlıq hüququ var. Hər kəsin həm də xatırlamaq kimi alınmaz hüququ var. Xocalı faciəsinə bənzər faciələrin unudulması yeni-yeni fəlakətlərə yol aça bilər. Deputat deyib: "Vətəndaşlar yalnız dövlətləri güclü olan təqdirdə özlərini təhlükəsizlikdə hiss edə bilərlər. Müstəqil Azərbaycan Xocalı faciəsindən keçən onilliklər ərzində daha möhkəm, daha qüdrətli olub, dünya arenasında müstəqil oyunçuya və Cənubi Qafqazda sülhün qarantına çevrilib. Bu gün azərbaycanlılar əmin ola bilərlər: onların ölkəsi onları müdafiə edəcək!"

Xocalı faciəsinin şahidləri - hər iki valideynini itirmiş Həmayil Xəlilova və Murad Hüseynov tədbir iştirakçıları arasında olublar. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəliblər.

Tədbirdə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təmsilçiləri iştirak ediblər.

Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Loading Bars
Xəbər lenti
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
BƏƏ-yə xarici investisiyalar 2020-ci ildə 44% artıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır - Leyla Abdullayeva
Nyu-Yorkda atışma baş verib
Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib
Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb
Netanyahu İsrailin atacağı addımlar barədə Baydeni məlumatlandırıb
HƏMAS Tel-Əviv və Aşdod istiqamətində onlarla raket buraxıb
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Bütün xəbərlər