Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə ittiham olunan Sima Ramazanzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sima Ramazanzadə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham edilib. O, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.