...

Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək

Cəmiyyət Materials 3 Mart 2016 10:48 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək

Bakı. Trend:

Gənclər və idman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat veriblər.

Bildirilir ki, A.Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə yola düşüb.

Martın 4-də keçiriləcək icals Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında 2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında imzalanmış Naxçıvan Sazişi çə rçivəsində təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqları arasında əhatəli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

İclas zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında keçiriləcək 2-ci Dünya Köçəri Oyunları, Türkdilli Dövlətlərin Universitet İdman Oyunları (Türk Universiadası), Gənclər Festivalı, Gənclər düşərgəsi və s. tədbirlərin müzakirəsi nəzərdə tutulub.

İclasda 2016-cı ildə Gənclər Festivalının, 2017-ci ildə Türk Şurası gənclər və idman məsələlərinə məsul nazirlərin 2-ci iclasının və 2018-ci ildə Türkdilli Dövlətlərin Universitet İdman Oyunlarının (Türk Universiadası) Azərbaycanda təşkili məsələlərinə də baxılacaq.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyəti çərçivəsində nazir A.Rəhimovun çıxışı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti