...

Avropa liseyinin şagirdləri Bakı Dövlət Universitetində olub (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 12:28 (UTC +04:00)
Avropa liseyinin şagirdləri Bakı Dövlət Universitetində (BDU) olublar.
Avropa liseyinin şagirdləri Bakı Dövlət Universitetində olub (FOTO)

Bakı. Trend:

Avropa liseyinin şagirdləri Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən Trend-ə verilən məlumata görə, Avropa liseyinin 3R2 sinfinin şagirdləri "Mənim gələcək peşəm" layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin kimya və biologiya fakültələrində olublar.

Adıçəkilən fakültələrin maddi-texniki bazası ilə tanış olan şagirdlər, həmçinin universitetin laboratoriyaları, mərkəzləri və muzeylərinə baş çəkiblər.

Şagirdlərlə görüşən müəllimlər onlara məsləhət verib, suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti