...

Amerikalı gimnast: Bakıda batut gimnastikası üzrə Dünya Kuboku iştirak etdiyim ən yaxşı yarışlardan biridir

Cəmiyyət Materials 5 Mart 2016 15:41 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku iştirak etdiyim ən yaxşı yarışlardan biridir.
Amerikalı gimnast: Bakıda batut gimnastikası üzrə Dünya Kuboku iştirak etdiyim ən yaxşı yarışlardan biridir

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku iştirak etdiyim ən yaxşı yarışlardan biridir. Bunu Trend-ə amerikalı gimnast Şarlotta Druri deyib.

O, təsnifatda çıxışından razı qaldığını deyib: "Hazırda mövsümün ilk startıdır və bəzi elementləri yaxşılaşdırmaq üçün hələ vaxtım olacaq".

Ş.Druri Bakıdakı Milli Gimnastika Arenasına sevgisini də etiraf edib: "Bu arenaya vuruldum. Hər şey yaxşı təşkil edilib. Burada əla avadanlıq və qurğular var. Otelimiz və Bakı çox xoşumuza gəldi. Azarkeşlərə də təşəkkür edirəm".

Qeyd edək ki, martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti