...

Son 23 ildə Azərbaycanda 330 mindən artıq şəxs diplom alıb

Cəmiyyət Materials 8 Mart 2016 10:33 (UTC +04:00)
Son 23 il ərzində Azərbaycanda ali və orta ixtisas təhsili alan 339388 nəfər diplom alıb.
Son 23 ildə Azərbaycanda 330 mindən artıq şəxs diplom alıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 23 il ərzində Azərbaycanda ali və orta ixtisas təhsili alan 339388 nəfər diplom alıb.

Trend "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə 2015-ci ilin 25 noyabr tarixinə qədər təhsil müəssisələri tərəfindən tələbə kontingentinin idarə edilməsi üzrə sistemə daxil edilmiş məlumatlara istinadən bildirir ki, həmin tələbələrin 207237-si ali təhsilin bakalavriat, 19902-si magistratura, 63815 nəfər tam orta təhsil bazasında, 48434 nəfər isə ümumi orta təhsili bazasında orta ixtisas pilləsi üzrə diplom alıb.

Bu müddətdə ali və orta ixtisas təhsili alan 9495 nəfər ixtisasını dəyişib. Ali və orta ixtisas məktəblərində təhsil alma formasını dəyişməklə ölkə daxili köçürmələrin sayı 758, dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkə daxili köçürmələrin sayı 33, dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələrinin sayı 28 olub.

Xarici təhsil müəssisələrindən köçürmələrin sayı 10486, ölkə daxili köçürmələrin sayı 8886 olub. Bu müddətdə təhsil müəssisələrinə 5512 əcnəbi və vətəndaşlığı olmayan tələbə qəbul edilib.

Sistem 28 mart 2012-ci ildə istifadəyə verilib. Hazırda 52 ali, 62 orta ixtisas təhsili müəssisəsi və 14 dövlət təşkilatı, nazirlik və digər dövlət orqanlarına sistemə qoşulmaq üçün qoşulma parametrləri verilib. Sistemə 1992-2015-ci illər ərzində TQDK-nın keçirdiyi qəbul imtahanları nəticəsində bütün təhsil səviyyələri üzrə tələbə statusu qazanmış 912846 şəxs haqqında məlumat daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti