...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 11 Mart 2016 14:23 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Bu sərəncam və qanunların sayını artırmaq da olar, eyni zamanda jurnalistlərin sosial şəraitlərini yaxşılaşdırmaq üçün prezidentin sərəncamı ilə onun ehtiyat fondundan ayrılan vəsaitə tikilən mənzillərin mətbuat işçilərinə paylanmasından da söz açmaq yerinə düşər. 2013-cü ildə 156 mənzil paylandı. İndi isə 246 mənzillik bina bu il (2016) öz sahiblərini gözləyir.

Respublikada informasiya təhlükəsizliyinin təmin olunması və informasiya texnologiyalarının inkişafı ilə bağlı milli qanunvericilik bazası xeyli təkmilləşdirilmişdir. Bunlar aşağıdakılardır:

• "Kütləvi informasiya vasitələri haqqında" qanun;
• "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun;
• "Məlumat azadlığı haqqında" qanun;
• "Elektron sənəd və elektron imza haqqında"qanun;
• "İnformasiya əldə etmək haqqında" qanun;
• "Telekommunikasiya haqqında" qanun;
• "Dövlət sirri haqqında" və s. qanunlar.

İnformasiya təhlükəsizliyinin təmin olunmasına 2013-cü ildə AZƏRSPACE-1 adı altında orbitə çıxarılmasının adını da çəkmək yerinə düşərdi.

Qeyd edək ki, İnformasiya təhlükəsizliyi "Milli Təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanununda da öz əksini tapıb. Bu qanun dövlətimizin informasiya sahəsində milli maraqları aşağıdakı kimi təsnifatlaşdırılır:

• məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların Konstitusiya hüquqlarının təmin edilməsi;
• informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi;
• informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi;
• dünya rabitə və informasiya sisteminə daxil olma. (Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası /http:// e-qanun.az)
Müəllif yazır ki, informasiya təhlükəsizliyinə təhdidlər də mövcuddur və o bu təhdidləri "Milli Təhlükəzislik Qanuna" istinad edərək aşağıdakı kimi təsnifatlaşdırır:

• informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;
• informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
• dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
• digər ölkələr tərəfindən Azərbaycana informasiya təcavüzü, beynəlxalq aləmdə ölkə həqiqətlərinin təhrifi;
• informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər və s.

Bütün bu təhdidləri nəzərə alaraq Əli Həsənov yazır: "Azərbaycanın informasiya təhlükəsizliyi mühitinin mövcud vəziyyətinin təhlili göstərir ki, şəxsiyyət və cəmiyyətin əhəmiyyətli bütün maraqlarının daha yüksək və təkmil səviyyədə qorunması hazırda həm də ölkənin informasiya təhlükəsizliyi siyasətinin əsas məqsədi kimi çıxış etməli, onun dinamik inkişaf səviyyəsinin tələblərinə cavab verməli, milli informasiya resurslarının reyestri yenidən aparılmalı və təkmilləşdirilməli, informasiya təhlükəsizliyinin meyarları və metodları hərtərəfli işlənməlidir". (s. 983)

Hazırda "Azərbaycan dövlətinin müstəqil xarici siyasəti bir çox dünya güclərini qane etmir, bu səbəbdən də (ya geosiyasi, ya da geoiqtisadi, yaxud da hərbi-geostrateji mövqelərini möhkəmləndirmək, eyni zamanda Azərbaycanı zəif dövlət kimi yanlarında görmək, onların dediklərinə sözsüz əməl etmək məqsədilə) antiAzərbaycan siyasətində informasiya resurslarını var gücü ilə işlədirlər. Prezident İ. Əliyevin dediyi kimi, "bizə qarşı sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur". Bu sistemli informasiya müharibəsinin aparılmasının bir neçə səbəbi vardır:

1. Müstəqil xarici siyasətin yürüdülməsi;
2. Qarşıdurmada olan güclərə münasibətdə (İran, Rusiya, ABŞ, NATO və s.) balanslı üstünlük verilməsi;
3. Siyasi, iqtisadi, mədəni və idman sahələrində artan nüfuzunun güclənməsi;
4. Bir çox beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyinin etməsi və s.

Məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin Dağlıq Qarabağ probleminin həllində uzun müddət Ermənistana və onun lobbisinə informasiya sahəsində uduzduğumuza görə bir çox dövlətlər (torpaqlarımızın işğal olunmasına və bir milyon köçkün və qaçqınımızın mövcudluğuna baxmayaraq) işğalçı Ermənistanı hələ də dəstəkləməkdə davam edirlər. Hətta, bəzən iş o yerə çatırdı ki, Xocalı faciəsinin qurbanlarının şəkillərini erməni tərəf "erməni qırğını" adı ilə dünyaya yayırdılar. Əlbəttə, burada erməni lobbisinin dırnaqarası müstəsna xidmətlərini qeyd etmək yerinə düşərdi.

Götürək AŞPA-nın sonuncu yanvar (2016) iclasını. Erməni lobbisinin fəallığı nəticəsində AŞPA "Dağlıq Qarabağın" işğalı haqqında qətnamə qəbul etmədi. İşğalı de fakto kimi qəbul etsələr də, de yure, yəni hüquqi sənəd qəbulunu yaxına belə buraxmaq istəmirlər.

Yaxud, başqa bir misal çəkək. Azərbaycan dövləti yaranandan dövlətimizlə bağlı "siyasi məhbus" gündəmdən düşmür. Niyə? Anti-Azərbaycan informasiya siyasətində ağlagəlməz metodlardan istifadə etməklə dövlətimiziə siyasi və iqtisadi təsirlər göstərməyə çalışırlar. Bəzən də həyəcanlı, təşvişli xəbərlər ötürməklə dövlətin içində qarışıqlıq yaratmaqla istəklərinə çatmağa cəhd göstərirlər.

Belə misalları saysız-hesabsız çəkmək olar, amma məqsədimiz bu olmadığından informasiya təhlükəsizliyinə qayıdırıq. Məhz Azərbaycan dövlətinin qəbul etdiyi və icra etdiyi qərarlar ölkəmizin informasiya təhlükəsizliyini təmin etmiş, bununla yanaşı ətrafımızda hörülən mənfi xarakterli informasiya blokadasını dəf etməyə müvəffəq olmuşdur. Bu sahədə dövlətimiz bu məqsədlə Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və İnformaisya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yaratmışdır. Müəllif yazır: "Adlarından göründüyü kimi, həm Agentlik , həm də Mərkəz əlaqəli şəkildə:

• Azərbaycanda kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiya edilməsi;
• informasiya sistemlərinin və şəbəkələrinin, kompyuter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ ibformasiya sistelərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların, qanunsuz müdaxilələrin, ziyanverici proqramların toplanması, təhlil edilməsi və zərərsizləşdirilməsi;
• mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmaının həyata keçirilməsini, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirməsini;
• elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən iştifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatların hazırlanmasını, onlara tövsiyyələrin verilməsini, metodik dəstəyin göstərilməsini təmin edir;
• ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini;
• kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyatı qurumlarla qarşılıqlı əlaqənin təmin edilməsini öz üzərinə götürür". (bax .s. 993-994)
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti