...

"Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları" təsdiq edilib

Cəmiyyət Materials 14 Mart 2016 19:08 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları"nı təsdiq edib.
"Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları" təsdiq edilib

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları"nı təsdiq edib.

Trend-in məlumatına görə, Qaydalar xidməti və mülki silahın sertifikatlaşdırılması ilə bağlı işin təşkilini, habelə sertifikatlaşdırılmaya dair texniki tələbləri və xidməti və mülki silahın sınaqdan keçirilməsi qaydalarını müəyyən edir.

Xidməti və mülki silahın sertifikatlaşdırılması Azərbaycan qanunvericiliyinə, bu Qaydalara və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq qaydada həyata keçirilir. Sertifikat Azərbaycan ərazisində xidməti və mülki silahın dövriyyəsi üçün əsasdır.

Qaydalara əsasən, silahın və onun döyüş sursatının sertifikatlaşdırılması aşağıdakı hallarda aparılır:

- seriyalı və ya tək-tək istehsala başlandıqda (sınaq nümunələrin istehsalından başqa);

- Azərbaycan Respublikasına idxal olunduqda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti