...

Azərbaycan və İran məhkumları mübadilə ediblər

Cəmiyyət Materials 14 Mart 2016 19:24 (UTC +04:00)
Azərbaycanla İran arasında məhkum mübadiləsi həyata keçirilib.
Azərbaycan və İran məhkumları mübadilə ediblər

Bakı. Trend:

Azərbaycanla İran arasında məhkum mübadiləsi həyata keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Azərbaycan və İran İslam respublikaları arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəza çəkmək üçün verilməsi haqqında" 21.02.1998-ci il tarixli müqaviləyə və birgə əldə olunmuş razılığa əsasən, 12.03.2016-cı il tarixdə cəzanın qalan hissəsini çəkmələri məqsədilə Penitensiar Xidmətin tabe müəssisələrində cəza çəkən İran İslam Respublikası vətəndaşı olan 5 nəfər məhkumun Astara sərhəd-keçid məntəqəsində İranın səlahiyyətli nümayəndələrinə təhvil verilməsi həyata keçirilib.

Eyni zamanda cəzanın qalan hissəsini çəkmələri üçün 6 nəfər Azərbaycan vətəndaşı İrandan ölkəmizə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti