...

Azərbaycanda yay vaxtına keçid ləğv olundu

Cəmiyyət Materials 17 Mart 2016 13:31 (UTC +04:00)
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda yay vaxtına keçid ləğv olunub.
Azərbaycanda yay vaxtına keçid ləğv olundu

Bakı. Trend:

Azərbaycanda yay vaxtına keçid ləğv olunub. Bu barədə Nazirlər Kabinetinin qəbul etdiyi qərarda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti