...

"Təhsil" televiziyasının hazırladığı filmlərin təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 18:27 (UTC +04:00)
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində "Təhsil" televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirilib.
"Təhsil" televiziyasının hazırladığı filmlərin təqdimatı olub (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində "Təhsil" televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə "Təhsil" televiziyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan televiziya tərəfindən qısa müddət ərzində 30-dan çox film çəkilib.

Tədbirdə müəllim, tələbə, xaricdə təhsil üzrə Dövlət Proqramının xətti ilə təhsil almış məzunların obrazlarını canlandıran filmlərdən 7-si nümayiş etdirilib. Daha sonra filmlərin qəhrəmanları və yaradıcı heyəti öz təəssüratlarını bölüşüblər.

Təhsil naziri Mikayıl Cabbarov Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, bu televiziyanın yaranmasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədinə xidmət etdiyini bildirib.

"Təhsil" televiziyasının maarifçilik missiyası daşıdığını deyən M.Cabbarov televiziyanın gələcəkdə fəaliyyətini genişləndirməklə təhsil islahatlarına daha böyük töhfə verəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti