...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları “Tullantıdan Sənətə” muzeyində olublar (FOTO)

Cəmiyyət Materials 19 Mart 2016 10:33 (UTC +04:00)
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində bir qrup məktəbli Qala qəsəbəsinə gəlib, qədim qəsəbənin tarixi, mədəni abidələri ilə tanış olub.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları “Tullantıdan Sənətə” muzeyində olublar (FOTO)

Bakı. Trend:

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində bir qrup məktəbli Qala qəsəbəsinə gəlib, qədim qəsəbənin tarixi, mədəni abidələri ilə tanış olub. Trend-ə verilən məlumata görə, qrup həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Qalada təşkil olunmuş müasir "Tullantıdan Sənətə" muzeyini də ziyarət edib.

Muzeydə gənclər xarici və yerli sənətkarların tullantı materiallarından istifadə edərək hazırladıqları sənət əsərləri ilə tanış olublar. Buradakı eksponatlar lazımsız hesab olunan əşyaların, materialların düzgün istifadə edildikdə, hətta incəsənət nümunəsinə çevrilə biləcəyinin bariz göstəricisidir. "Tullantıdan Sənətə" muzeyini, buradakı əsərləri maraqla izləyən məktəblilər gələcəkdə layihədə iştirak etmək istədiklərini bildiriblər.

"Ölkəmizi tanıyaq" layihəsi 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir və məqsəd şagirdlərin Azərbaycan barədə ətraflı məlumat əldə etmələridir. Maarifləndirici tur-aksiya 67 rayon və şəhərdən olan 14 minə yaxın məktəblini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti