...

Bakı-Şamaxı yolunda sürüşmənin qarşısı alındı

Cəmiyyət Materials 31 Mart 2016 11:32 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunun 106-cı km-də baş vermiş torpaq sürüşməsi nəticəsində çökən yol təmir edilib.
Bakı-Şamaxı yolunda sürüşmənin qarşısı alındı

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax yolunun 106-cı km-də baş vermiş torpaq sürüşməsi nəticəsində çökən yol təmir edilib. Bu barədə Trend-ə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmənin qarşısı alınıb: "Sürüşüb yola doğru gələn torpaq qatı xüsusi texnikalar vasitəsilə çıxarılaraq kənara daşınıb. Təqribən həmin ərazidən 6-7 min kub torpaq daşınıb, bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb".

A.Nəcəfli bildirib ki, ərazidə hazırda problem müşahidə olunmur.

Xatırladaq ki, bu il martın 25-də Bakı-Şamaxı-Yevlax yolunun 106-cı km-də torpaq sürüşməsi nəticəsində çökmə baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti