...

Qonşusunu bıçaqlayan şəxs 3 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 4 Aprel 2016 11:25 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Tural Yusifovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qonşusunu bıçaqlayan şəxs 3 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Tural Yusifovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Yusifov 3 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə kəçən il Pirşağı qəsəbəsində baş verib. Qəsəbə sakini T.Yusibov həmyerlisi Əliabas Allahyarovla mübahisə edib. T.Yusifov Ə.Allahyarovu bıçaqlayıb. Buna səbəb zərərçəkənin T.Yusifovu söyməsi olub. Ə.Allahyarov xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib. Polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində T.Yusifov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti